”Dolların 1.50 manat olacağını gözləməyin”

”İlin sonuna qədər kiçik istisnalar olmaq şərtilə manat ucuzlaşmaqda davam edəcək”

Source:
Samir Əliyev foto sosial şəbəkə


”İlin sonuna qədər kiçik istisnalar olmaq şərtilə manat ucuzlaşmaqda davam edəcək”

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

Dolların məzənnəsi oktyabrın 24-ü ilə müqayisədə bahalaşaraq 1,6211 manat olub.

Avro da manata nisbətən bahalaşıb. Bir avro 1,7638 manat təşkil edib.

İqtisadçı Samir Əliyev “Facebook”da yazıb ki, ötən aya qədər manatın məzənnəsinin saxlanmasına səbəb keçiriləcək referendum idi. Artıq səbəb qalmayıb:

“İndi referendum bitib və üfiqdə başqa seçki prosesi də görünmür. Ona görə də manat ucuzlaşma davam edəcək. Üstəgəl, ilin sonuna doğru büdcə öhdəliklərinin yerinə yetirilməsi məsələsi aktuallaşır. Yəni ki, dövriyyəyə pul çıxarılmalıdır. Manat artan kimi dollara tələb artır. Dekabrda FED iclasını da unutmayın. Daha dolların 1.50 manat olacağını gözləməyin. İlin sonuna qədər kiçik istisnalar olmaq şərtilə manat ucuzlaşmaqda davam edəcək”.

Ana səhifəXəbərlər”Dolların 1.50 manat olacağını gözləməyin”