Ekspertlər bu halı müvəqqəti sayır
Aprelin 13-ü Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Məlumatı Mərkəzi Bank yayıb. Hərracda manatın orta çəkili məzənnəsi 1.7026 səviyyəsində formalaşıb.
Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, aprelin 13-də 1 ABŞ dolları 1.7029 manata bərabər olmuşdu.
Son hərraclarda manat, az da olsa, dollara nisbətən möhkəmlənir.
Son 3 hərracda manat dollar qarşısında dəyər qazanır. Ekspertlər bunun müvəqqəti xarakter daşıdığını deyirlər.
Yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. İndi qiymətləri bankların müəyyən etdiyi bildirilir. Prosesin dolların alışı üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunduğu qeyd edilir.