Dollar yenə ucuzlaşdı

Hərracda 1 dollar 1.7010 manat oldu

Source:


Hərracda 1 dollar 1.7010 manat oldu

İyulun 25-i Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Məlumatı Mərkəzi Bank yayıb.

Xəbərə görə, hərracda manatın ortaçəkili məzənnəsi 1.7010 səviyyəsində müəyyən edilib.

İyulun 25-nə olan rəsmi məzənnəyə görə, 1 dollar 1.7012 manata bərabər olmuşdu.

Son 5 ayda keçirilən hərraclarda bəzi istisnalarla manat dollara nisbətən möhkəmlənir.

Bu müddət ərzində 1 dollar 1 manat 92 qəpikdən 1 manat 70 qəpiyə düşüb.

İqtisadçı Natiq Cəfərli bu halı müvəqqəti sayır. Deyir, Azərbaycanda manatın möhkəmlənməsinin ciddi iqtisadi əsasları yoxdur. Sadəcə, məzənnə reallıqda inzibati qaydada müəyyən edilir.

Ana səhifəXəbərlərDollar yenə ucuzlaşdı