Dollar yenə manata nisbətdə dəyər qazandı

Oktyabrın 10-dan dollar manata nisbətən dəyər qazanmaqdadır

Source:
foto Meydan TV
foto Meydan TV


Oktyabrın 10-dan dollar manata nisbətən dəyər qazanmaqdadır

Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

AMB-nin məlumata görə, hərrac 1 ABŞ dolları üzrə 1.6782 məzənnəsi ilə başlayıb və 1.6867 ilə yekunlaşıb.

Oktyabrın 5-dən AMB manatın məzənnəsini yeni yolla müəyyən etməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni mexanizm bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.

Sentyabrın əvvəllərindən manat dollara nisbətən möhkəmlənirdi. Oktyabrın 10-dan dollar manata nisbətən dəyər qazanmaqdadır.

Ana səhifəXəbərlərDollar yenə manata nisbətdə dəyər qazandı