Dollar yenə digər valyutaları üstələyib

Foto: TaniaKitura/shutterstock

İnflyasiyadan əziyyət çəkən iqtisadiyyatlar üçün xam neftin, ərzaq və logistikanın qlobal qiymətləri artıb

Dünya bazarlarında dollar yenə dəyər qazanıb.

“Bloomberg” yazır ki, güclü dollar həm maliyyə bazarlarını təhdid edir, həm də qlobal ticarətin bərpasına kölgə salır.

Məlumatda bildirilir ki, inflyasiyadan əziyyət çəkən iqtisadiyyatlar üçün xam neftin, ərzaq və logistikanın qlobal qiymətləri artıb. Belə bir vaxtda zəif yerli valyutalar idxal xərclərini şişirdir.
Normalda güclü dollar perspektivinə sevinən ixracatçılar belə, hazırda üzgündür.

Cənubi Koreya milli valyutası bu il ərzində dollar qarşısında 5 faiz ucuzlaşıb. Bundan sonra bu ölkənin idxal xammalları bahalaşıb.

“S&P Global Market Intelligence”in iqtisadiyyat üzrə direktoru Jingyi Pan deyir ki, orta giriş xərcləri artanda istehsalçılar adətən bunu əlverişsiz valyuta məzənnələri ilə əlaqələndirir.

Ana səhifəİqtisadiyyatDollar yenə digər valyutaları üstələyib