Avqustun 7-i ilə müqayisədə Azərbaycanda bu gün dolların manata nisbətdə rəsmi məzənnəsi dəyişib. Dollar ucuzlaşıb, avro isə bahalaşıb.
Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, avqustun 10-a olan məlumata görə, ölkədə dolların rəsmi məzənnəsi 1.0494 (avqustun 7-i 1,0497) manat səviyyəsində müəyyən edilib.
Avronun məzənnəsinə gəlincə, manata nəzərən avronun vahid valyutası isə bahalaşaraq 1.1508 (avqustun 7-i 1,1453) manat olub.