Əkrəm Həsənov: “Mərkəzi Bank dolları öz məzənnəsi ilə satmır”
“Mərkəzi Bank və ARDNF banklara onlarla milyon dollar satır. Valyuta isə qara bazarda satılır”, – deyə “Turan”-a açıqlamasında iqtisadçı Oqtay Haqverdiyev bildirib.
Onun sözlərinə görə, banklar son vaxtlar biznesi kreditləşdirmir, istehlak kreditləri vermir. Pul ölü kapital ola bilməz, ona görə qara bazarda satılır.
Bundan başqa, banklar dollar və avronu AMB-nin müəyyən etdiyi məzənnə ilə satmaqdan imtina edir, tranzaksiyaları kəskin məhdudlaşdırıblar. Qara bazarda on milyonlarla dollar dolaşır, banklar özləri isə valyutanı seçmə yolu ilə, öz məzənnəsi ilə «ciddi» müştərilərə satır.
“Banklarda dollar qıtlığı bankların qara bazarda iştirak etdiyini göstərir, ona görə valyuta məbləği açıq olaraq qalır”, – deyə «Anti-kollektor” firmasının rəhbəri Əkrəm Həsənov bildirir. «Uzun müddət AMB hərracda 100 mln dollar təklif edirdi. Qeyri-rəsmi tələb isə 1 mlrd dollar idi», – deyə o bildirib. Sonuncudan əvvəlki dəfə AMB hərraca 50 mln dollar vəsait çıxarıb, sifariş isə 588 mln dollar olub. Təklif 200 mln dollara artırılsa, qara bazarda məzənnə düşəcək”.
«ARDNF və AMB-nin valyuta ehtiyatı 40 mlrd dollara yaxındır. Amma AMB dolları öz məzənnəsi ilə satmır», – deyə Həsənov bildirib. Qara bazarda məzənnə $1/1,85 AZN, bankların mübadilə məzənnəsi $1/1,7 AZN olduğu üçün qara bazarda satışdan xalis gəlir 9 min dollardır.
Ekspertlərin fikrincə, AMB-nin məzənnəsi real məzənnəyə uyğun deyil. Ona görə vətəndaşlar valyutanı qara bazarda almalı olur. Banklar isə milyonlarla dolları «öz» müştərilərinə satır – 1/1,64 dollar.