Dollar olduğu kimi qaldı

Növbəti valyuta hərracı keçirilib

Source:


Növbəti valyuta hərracı keçirilib

Avqustun 31-i Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

AMB-nin məlumatına görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7010 səviyyəsində formalaşıb.

Avqustun 31-i elə rəsmi məzənnəyə görə, 1 dollar 1.7010 manat olub.

Son həftələr keçirilən hərraclarda manat çox cüzi ucuzlaşmışdı. Bu il isə bütünlükdə manat dollara nisbətən 4 faiz bahalaşıb. İqtisadçı Natiq Cəfərli düşünür ki, Azərbaycanda valyuta hərracları formal keçirilir. Reallıqda məzənnə inzibati əsaslarla təyin edilir.

Ana səhifəXəbərlərDollar olduğu kimi qaldı