Dollar manata qarşı möhkəmlənib

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,05% və ya 0,0009 manat azalaraq 1,7356 manata düşüb

Source:


Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası  da 0,05% və ya 0,0009 manat azalaraq 1,7356 manata düşüb

 Bu gün yanvarın 22-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətən məzənnəsi möhkəmlənib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 25-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 22-si ilə müqayisədə 0,0026 manat və ya 0,16%  artaraq 1,6054 səviyyəsində müəyyən olunub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası  da 0,05% və ya 0,0009 manat azalaraq 1,7356 manata düşüb.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0011 manat və ya 5,67% artaraq   0,0205 manata yüksəlib.

Ana səhifəXəbərlərDollar manata qarşı möhkəmlənib