”Dollar kreditlərinin həlli ilə bağlı qanun hazırlanmalıdır”

Əli Məsimli: ”Deputatlara edilən müraciətlərin 90 fazii bu problemlə bağlıdır”

Milli Məclis
Milli Məclis


Əli Məsimli: ”Deputatlara edilən müraciətlərin 90 fazii bu problemlə bağlıdır”

“Məcburi dövlət sosial sığorta sahəsində borcların silinməsi ilə bağlı qanunu alqışlayıram. Ümid edirəm ki, dollar kreditləri ilə bağlı da belə bir addım atılacaq”.

Bunu Milli Məclisdə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib. O bildirib ki, vətəndaşların deputatlara edikləri müraciətlərin 90 faizi dollar kreditləri ilə bağlı yaranan problemlər barədədir:

“Bu problemin həlli üçün dövlət tərəfindən müəyyən addımlar atılmalı, ayrıca qanun layihəsi hazırlanmalıdır”.

İclasda “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi müzakirə edilərək qəbul edilib. Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, bununla 373,7 sığorta edənin və 317 min sahibkarın borcları silinir. O bildirib ki, ölkə başçısının təşəbbüsü ilə hazırlanana layihə sahibkarlığın inkişafına töhfə verəcək.

Əli Məsimli
Əli Məsimli

Dəyişikliyə əsasən, 2006-cı ilə qədər olan sığorta borcları silinir ki, bu, təxminən 100 milyon manat təşkil edir. Həmçinin 2006-2015-ci ilin yanvarın 1-nə qədər olan borca görə cərimələrin silinməsi də nəzərdə tutulub. Bu isə təxminən 55 milyon manat təşkil edir.

2015 yanvarın 1-ndən 2018-ci ilin aprelin 1-dək olan borcların məbləği 26.7 milyon manatdır.

Ana səhifəXəbərlər”Dollar kreditlərinin həlli ilə bağlı qanun hazırlanmalıdır”