Dollar cuzi bahalaşdı

Növbəti hərrac keçirilib

Source:



Növbəti hərrac keçirilib

Martın 7-si Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-nin məlumatına görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7565 səviyyəsində olub.

Martın 2-si, bundan əvvəlki hərracda ABŞ dollarının məzənnəsi 1.7551 manatda qərarlaşmışdı.

2017-ci il yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. İndi qiymətləri bankların müəyyən etdiyi bildirilir. Prosesin dolların alışı üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunduğu qeyd edilir.

Bu yaxın həftələrə qədər manat dollara nisbətən dəyər qazanırdı. 1 dollar 1 manat 92 qəpikdən 1 manat 72 qəpiyə düşmüşdü. İqtisadçılar bunu müvəqqəti sayırdılar. Son hərraclarda yenidən dollar bahalaşır.

Ana səhifəXəbərlərDollar cuzi bahalaşdı