Növbəti valyuta hərracı keçirilib
Mayın 18-i Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB-nin məlumatına görə, hərracda manatın ortaçəkili məzənnəsi 1.7023 səviyyəsində formalaşıb.
Mayın 18-nə olan rəsmi məzənnəyə görə, 1 ABŞ dolları 1.7022 manata bərabər olmuşdu. Bundan əvvəlki hərracda isə manat cüzi möhkəmlənmişdi.
Bəzi istisnalarla son iki ayda manat dollara nisbətən bahalaşıb.