Valyuta hərracı keçirilib
Avqustun 28-i Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Xəbəri Mərkəzi Bank yayıb.
Hərracda manatın ortaçəkili məzənnəsi 1.7010 olub.
Avqustun 28-də isə rəsmi məzənnəyə görə, 1 dollar 1.7009 manata bərabər olub.
Son hərraclarda manat dollara nisbətən cüzi dəyər itirir. Bu il ümumilikdə manatın dollara nisbətən 4 faiz bahalaşdığı bildirilir.
İqtisadçı Natiq Cəfərli hesab edir ki, ölkədə manatın möhkəmlənməsinin heç bir iqtisadi əsası yoxdur.