Dollar ‘‘baş alıb gedir”

Dolların məzənnəsi 1.91 manatı keçdi

Source:


Dolların məzənnəsi 1.91 manatı keçdi

Yanvarın 27-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

AMB-nin məlumatına görə, hərracda manatın orta çəkili məzənnəsi 1,9165 səviyyəsində formalaşıb.

2016-cı il oktyabrın 5-dən AMB manatın məzənnəsini yeni yolla müəyyənləşdirməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni mexanizm bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.

Ötən ilin sentyabrında isə manat dollara nisbətən möhkəmlənirdi. Oktyabrın 10-dan dollar manata nisbətən yenidən dəyər qazanmağa başladı.

Ana səhifəXəbərlərDollar ‘‘baş alıb gedir”