Dollar bahalaşmaqda davam edir

Avro və rus rubl isə ucuzlaşır

Source:


Avro və rus rubl isə ucuzlaşır

Bu gün oktyabrın 19-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 20-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 19-u ilə müqayisədə 0,0002 manat və ya 0,02 faiz artaraq 1,0476 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0022 manat və ya 0,18 faiz azalaraq 1,1876 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,18 faiz azalaraq 0,0168 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərDollar bahalaşmaqda davam edir