Son 45 gündə birinci dəfədir ki, manat dollara nisbətən dəyər itirir
Oktyabrın 18-i Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.
AMB-dən yayılan məlumata görə, hərrac 1 ABŞ dolları üzrə 1.5969 manat məzənnəsi ilə başlayıb və 1.5999 ilə yekunlaşıb.
Oktyabrın 5-dən AMB manatın məzənnəsini yeni yolla müəyyən etməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni hərrac mexanizmi bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.
Hərrac olmayan günlərdə isə növbəti günün məzənnəsi valyuta bazarında kommersiya bankları arasında bağlanmış alqı-satqı əqdləri üzrə formalaşan orta çəki əsasında müəyyənləşir.
Sentyabrın əvvəllərindən manat dollara nisbətən möhkəmlənirdi. Son 45 gündə birinci dəfədir ki, manat dollara nisbətən dəyər itirir.