Növbəti valyuta hərracı keçirilib
Yanvarın 23-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbəti hərrac keçirilib.
Mərkəzi Bankın məlumatına görə, hərracda manatın orta çəkili məzənnəsi 1.8559 səviyyəsində formalaşıb.
2016-cı il oktyabrın 5-dən AMB manatın məzənnəsini yeni yolla müəyyənləşdirməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni mexanizm bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.
Ötən ilin sentyabrında isə manat dollara nisbətən möhkəmlənirdi. Oktyabrın 10-dan dollar manata nisbətən yenidən dəyər qazanmağa başladı.