Yanvarın 16-da Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bankın məlumatına görə, hərracda manatın orta çəkili məzənnəsi 1.8045 olub.
Əvvəlki hərracda məzənnə 178,67 səviyyəsində müəyyənləşmişdi.
2016-cı il oktyabrın 5-dən AMB manatın məzənnəsini yeni yolla müəyyənləşdirməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni mexanizm bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.
Ötən ilin sentyabrında isə manat dollara nisbətən möhkəmlənirdi. Oktyabrın 10-dan dollar manata nisbətən yenidən dəyər qazanmağa başladı.