“Manatı necə sabitləşdirmək olar?”
Mərkəzi Bank noyabrın 23-nə rəsmi məzənnəsini açıqladıqdan sonra dolların alış və satış qiymətinin bahalaşdığı bildirilir.
Fins.az və “Marja” saytları xəbər verir ki, noyabrın 23-də banklarda dollar 1.78 və ondan baha satılır.
Banklarda dolların alış qiyməti isə 1.76 civarında dəyişir.
İnqisadçı Natiq Cəfərli deyir ki, manatla bağlı problemlər az idi, borcların artması da başqa bir dərddir. Dövlətin və şirkətlərin dövlət zəmanəti ilə aldıqları borclar sürətlə artır:
“Birazdan qapımızı borclular daha sərt döyməyə başlayacaqlar. İdxaldan aslılığımız, gəlirlərin azalması, neftin qiymətinin düşməsi manatı nə qədər dəyərsizləşdirirsə, borcların artması da bir o qədər manata basqını artırır”.
İqtisadçı deyir ki, yenə də tez-tez, “manatı necə sabitləşdirmək olar?”, – sualını eşidir oxuyur:
“Məcburam qısa bir də təkrar edim: Xalq olaraq maşın sürməsək, ev və maşın təmir etməsək, paltar, ərzaq, dərman, tv, telefon almasaq, yəni, evdə ac və lüt oturub, xəstələnməsək, qapını borca görə döyənlərə açmasaq – manat sabitləşəcək, dollara təlabat azalacaq”.