Dolların məzənnəsi 1.78 manatı ötüb. Məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb.
Yanvarın 12-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə yeni formatda hərrac keçirilib. Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilib. Sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilib.
Hərracda manatın orta çəkili məzənnəsi 1.7867 səviyyəsində formalaşıb.
2016-cı il oktyabrın 5-dən AMB manatın məzənnəsini yeni yolla müəyyənləşdirməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni mexanizm bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.
Ötən ilin sentyabrında isə manat dollara nisbətən möhkəmlənirdi. Oktyabrın 10-dan dollar manata nisbətən yenidən dəyər qazanmağa başladı.