Dollar 1.77 manatı keçdi

Oktyabrın 10-dan dollar manata nisbətən dəyər qazanmaqdadır

Source:
foto Meydan TV
foto Meydan TV


Oktyabrın 10-dan dollar manata nisbətən dəyər qazanmaqdadır

Dekabrın 29-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

AMB-nin məlumatına görə, hərrac 1 ABŞ dolları üçün 1,7662 məzənnəsi ilə başlayıb, 1,7707 məzənnəsi ilə yekunlaşıb.

Oktyabrın 5-dən AMB manatın məzənnəsini yeni yolla müəyyənləşdirməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni mexanizm bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.

Sentyabrın əvvəllərində isə manat dollara nisbətən möhkəmlənirdi. Oktyabrın 10-dan dollar manata nisbətən yenidən dəyər qazanmaqdadır.

Ana səhifəXəbərlərDollar 1.77 manatı keçdi