Dollar 1.77 manata çatır

”Manatın ucuzlaşmasında FED-in uçot dərəcəsini artırmasının da rolu var”

Source:


”Manatın ucuzlaşmasında FED-in uçot dərəcəsini artırmasının da rolu var”

Dekabrın 27-si Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. AMB-nin məlumatına görə, hərrac 1 ABŞ dolları üzrə 1.7622 məzənnəsi ilə başlayıb və 1.7662 ilə yekunlaşıb.

Ekspertlər hesab edir ki, manatın ucuzlaşmasında dekabrın 14-də ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artırmasının da rolu var. Qərar manatın daha da ucuzlaşmasına səbəb olacaq.

Oktyabrın 5-dən AMB manatın məzənnəsini yeni yolla müəyyənləşdirməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni mexanizm bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.

Sentyabrın əvvəllərində isə manat dollara nisbətən möhkəmlənirdi. Oktyabrın 10-dan dollar manata nisbətən yenidən dəyər qazanmaqdadır.

Ana səhifəXəbərlərDollar 1.77 manata çatır