Dollar 1.7551 manat oldu

AMB növbəti valyuta hərracı keçirib

Source:


AMB növbəti valyuta hərracı keçirib

Martın 2-si Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. AMB-nin məlumatına görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7551 olub.

Fevralın 28-i, bundan əvvəlki hərracda ABŞ dollarının məzənnəsi 1.7514 manat müəyyən olunmuşdu.

Yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. İndi qiymətləri bankların müəyyən etdiyi bildirilir. Prosesin dolların alışı üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunduğu qeyd edilir.

Yaxın həftələrə qədər manat dollara nisbətən dəyər qazanırdı. 1 dollar 1 manat 92 qəpikdən 1 manat 72 qəpiyə düşmüşdü. İqtisadçılar bunu müvəqqəti sayırdılar. Son hərraclarda yenidən dollar bahalaşır.

Ana səhifəXəbərlərDollar 1.7551 manat oldu