Dollar 1.7514 oldu

Növbəti valyuta hərracı keçirilib

Source:


Növbəti valyuta hərracı keçirilib

Fevralın 28-i Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

AMB-nin məlumatına görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7514 səviyyəsində formalaşıb.

Bundan əvvəl, fevralın 23-də keçirilən hərracda ABŞ dollarının məzənnəsi 1.7498 manat müəyyən edilmişdi.

Yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. İndi qiymətləri bankların müəyyən etdiyi bildirilir. Prosesin dolların alışı üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunduğu qeyd edilir.

Bu yaxın həftələrə qədər manat dollara nisbətən dəyər qazanırdı. 1 dollar 1 manat 92 qəpikdən 1 manat 72 qəpiyə düşmüşdü. İqtisadçılar bunu müvəqqəti sayırdılar. Son 4 hərracda yenidən dollar bahalaşır.

Ana səhifəXəbərlərDollar 1.7514 oldu