Dollar 1.70-i ötdü

Source:

Rəsmi məzənnə qalxdıqca, kommersiya banklarının da ABŞ dollarının alış və satış qiymətlərini yüksəltdiyi bildirilir.

“Marja” xəbər verir ki, artıq banklarda dolların satış qiyməti 1.74 manata yaxınlaşır.

Məsələn, bu gün, noyabrın 8-i səhər 1 dolları GünayBank-ın 1.7353, KapitalBank-ın 1.7352, UniBank-ın 1.7352, YapıKrediBank-ın 1.7352, AGBank-ın isə 1.7352 manata satdığı qeyd edilir

Mərkəzi bankın rəsmi məzənnəsinə görə, noyabrın 8-də 1 ABŞ dolları 1.6686 manata bərabərdir.

Noyabrın 8-i Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 ABŞ dolları üzrə 1.6686 məzənnəsi ilə başlayıb və 1.6781 ilə yekunlaşıb.

Oktyabrın 5-dən AMB manatın məzənnəsini yeni yolla müəyyən etməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni mexanizm bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.

Sentyabrın əvvəllərindən manat dollara nisbətən möhkəmlənirdi. Oktyabrın 10-dan dollar manata nisbətən dəyər qazanmaqdadır.

Ana səhifəXəbərlərDollar 1.70-i ötdü