Dollar 0,5 faiz bahalaşıb, avro 0,9 faiz ucuzlaşıb

Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,62 faiz artaraq 0,0163 manat səviyyəsində qərarlaşıb

Source:


Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,62 faiz artaraq 0,0163 manat səviyyəsində qərarlaşıb

Bu gün noyabrın 20-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 23-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 20-si ilə müqayisədə 0,0005 manat və ya 0,5 faiz artaraq 1,0511 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, Avrozonanın vahid valyutası 0,0101 manat və ya 0,9 faiz azalaraq 1,1156 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,62 faiz artaraq 0,0163 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərDollar 0,5 faiz bahalaşıb, avro 0,9 faiz ucuzlaşıb