Dollar 0,4 faiz bahalaşdı, avro 0,57 faiz ucuzlaşdı

Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,82 faiz artaraq 0,0168 manat səviyyəsində qərarlaşıb

Source:


Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,82 faiz artaraq 0,0168 manat səviyyəsində qərarlaşıb

Bu gün noyabrın 3-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 4-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 3-ü ilə müqayisədə 0,0004 manat və ya 0,4 faiz artaraq 1,0495 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0066 manat və ya 0,57 faiz azalaraq 1,1492 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,82 faiz artaraq 0,0168 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərDollar 0,4 faiz bahalaşdı, avro 0,57 faiz ucuzlaşdı