Dollar 0,3 faiz bahalaşıb, avro 1,25 faiz ucuzlaşıb

Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,81 faiz azalaraq 0,0163 manat səviyyəsində qərarlaşıb

Source:


Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,81 faiz azalaraq 0,0163 manat səviyyəsində qərarlaşıb

Bu gün noyabrın 6-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 10-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 6-sı ilə müqayisədə 0,0003 manat və ya 0,3 faiz artaraq 1,0501 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0143 manat və ya 1,25 faiz azalaraq 1,1281 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,81 faiz azalaraq 0,0163 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərDollar 0,3 faiz bahalaşıb, avro 1,25 faiz ucuzlaşıb