Dollar 0,1 faiz ucuzlaşıb, avro 0,13 faiz bahalaşıb

Manata nəzərən Rusiya rublu isə 0,0004 manat və ya 2,45 faiz azalaraq 0,0159 manat səviyyəsində qərarlaşıb

Source:


Manata nəzərən Rusiya rublu isə 0,0004 manat və ya 2,45 faiz azalaraq 0,0159 manat səviyyəsində qərarlaşıb

Bu gün noyabrın 23-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 24-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 23-ü ilə müqayisədə 0,0001 manat və ya 0,1 faiz azalaraq 1,0510 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, Avrozonanın vahid valyutası 0,0015 manat və ya 0,13 faiz artaraq 1,1171 manata yüksəlib.

Manata nəzərən Rusiya rublu isə 0,0004 manat və ya 2,45 faiz azalaraq 0,0159 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərDollar 0,1 faiz ucuzlaşıb, avro 0,13 faiz bahalaşıb