Dollar 0,06 faiz bahalaşdı

Source:

Bu gün mayın 18-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb.



APA

-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 19-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0006 manat və ya 0,06 faiz bahalaşaraq 1,0477 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0127 manat və ya 1,06 faiz ucuzlaşaraq 1,1969 manat olub.

Ana səhifəXəbərlərDollar 0,06 faiz bahalaşdı