Manata nəzərən Rusiya rublu isə dəyişməyərək 0,0158 manat səviyyəsində qərarlaşıb
Bu gün sentyabrın 21-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.
“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 22-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 21-i ilə müqayisədə 0,0006 manat və ya 0,06 faiz artaraq 1,0482 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0116 manat və ya 0,98 faiz azalaraq 1,1742 manata enib.
Manata nəzərən Rusiya rublu isə dəyişməyərək 0,0158 manat səviyyəsində qərarlaşıb.