Dollar 0,06 faiz bahalaşdı

Source:

Bu gün iyunun 22-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb.



APA

-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyunun 23-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0006 manat və ya 0,06 faiz bahalaşaraq 1,0479 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0117 manat və ya 0,98 faiz ucuzlaşaraq 1,1804 manat olub.

Ana səhifəXəbərlərDollar 0,06 faiz bahalaşdı