Rubl isə dəyişməyərək 0,0160 manat səviyyəsində qərarlaşıb
Bu gün sentyabrın 17-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.
“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 18-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 17-si ilə müqayisədə 0,0005 manat və ya 0,05 faiz azalaraq 1,0473 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0097 manat və ya 0,82 faiz artaraq 1,1935 manata yüksəlib.
Manata nəzərən Rusiya rublu isə dəyişməyərək 0,0160 manat səviyyəsində qərarlaşıb.