Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,26 faiz bahalaşaraq 0,0161 manata yüksəlib
Bu gün sentyabrın 30-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.
“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 1-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə 0,0005 manat və ya 0,05 faiz artaraq 1,0485 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0107 manat və ya 0,91 faiz azalaraq 1,1688 manata enib.
Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,26 faiz bahalaşaraq 0,0161 manata yüksəlib.