Dollar 0,04 faiz ucuzlaşıb

Source:

Bu gün mayın 27-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.



APA

-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 29-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0004 manat və ya 0,04 faiz ucuzlaşaraq 1,0494 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0075 manat və ya 0,66 faiz bahalaşaraq 1,1498 manat olub.

Ana səhifəXəbərlərDollar 0,04 faiz ucuzlaşıb