Dollar 0,04 faiz bahalaşdı

Avro isə 0,72 faiz ucuzlaşdı

Source:


Avro isə 0,72 faiz ucuzlaşdı

Bu gün dekabrın 16-ı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi artıb.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 17-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 16-ı ilə müqayisədə 0,0004 manat və ya 0,04 faiz artaraq 1,0499 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası bu gün 0,0083 manat və ya 0,72 faiz ucuzlaşaraq 1,1394 manata düşüb.

Manata nəzərən Rusiya rublunun məzənnəsi artıq üç gündür ki, 0,0149 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərDollar 0,04 faiz bahalaşdı