Dollar 0,04 faiz bahalaşdı, avro 0,82 faiz ucuzlaşdı

Manata nəzərən Rusiya rublu isə 0,0004 manat və ya 2,4 faiz artaraq 0,0171 manat səviyyəsində qərarlaşıb

Source:


Manata nəzərən Rusiya rublu isə 0,0004 manat və ya 2,4 faiz artaraq 0,0171 manat səviyyəsində qərarlaşıb

Bu gün oktyabrın 15-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 16-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 15-i ilə müqayisədə 0,0004 manat və ya 0,04 faiz artaraq 1,0473 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0098 manat və ya 0,82 faiz azalaraq 1,1921 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0004 manat və ya 2,4 faiz artaraq 0,0171 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərDollar 0,04 faiz bahalaşdı, avro 0,82 faiz ucuzlaşdı