Dollar 0,03 faiz ucuzlaşıb, avro isə 0,57 faiz bahalaşıb

Source:

Bu gün aprelin 16-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bir qədər zəifləyib.



APA

-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 17-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0003 manat və ya 0,03% ucuzlaşaraq 1,0504 manat səviyyəsində qərarlaşıb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0064 manat və ya 0,57% bahalaşaraq 1,1308 manat olub.

Ana səhifəXəbərlərDollar 0,03 faiz ucuzlaşıb, avro isə 0,57 faiz bahalaşıb