Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,28 faiz azalaraq 0,0154 manata enib
Bu gün sentyabrın 11-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.
“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 14-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 8-i ilə müqayisədə 0,0003 manat və ya 0,03 faiz azalaraq 1,0475 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,007 manat və ya 0,59 faiz artaraq 1,1891 manata yüksəlib.
Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,28 faiz azalaraq 0,0154 manata enib.