Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,61 faiz azalaraq 0,0163 manat səviyyəsində qərarlaşıb
Bu gün oktyabrın 29-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.
“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 30-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 29-u ilə müqayisədə 0,0003 manat və ya 0,03 faiz azalaraq 1,0493 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0049 manat və ya 0,43 faiz artaraq 1,1516 manata yüksəlib.
Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,61 faiz azalaraq 0,0163 manat səviyyəsində qərarlaşıb.