Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,94 faiz azalaraq 0,0152 manata enib
Bu gün sentyabrın 7-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.
“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 8-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 7-si ilə müqayisədə 0,0003 manat və ya 0,03 faiz azalaraq 1,0482 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0057 manat və ya 0,49 faiz artaraq 1,1744 manata yüksəlib.
Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,94 faiz azalaraq 0,0152 manata enib.