Dollar 0,03 faiz bahalaşıb, avro 0,65 faiz ucuzlaşıb

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,25 faiz azalaraq 0,0158 manat səviyyəsində qərarlaşıb

Source:


Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,25 faiz azalaraq 0,0158 manat səviyyəsində qərarlaşıb

Bu gün sentyabrın 18-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 21-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 18-i ilə müqayisədə 0,0003 manat və ya 0,03 faiz artaraq 1,0476 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0077 manat və ya 0,65 faiz azalaraq 1,1858 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,25 faiz azalaraq 0,0158 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərDollar 0,03 faiz bahalaşıb, avro 0,65 faiz ucuzlaşıb