Dollar 0,03 faiz bahalaşdı

Source:

Bu gün mayın 26-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb.



APA

-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 26-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0003 manat və ya 0,03 faiz bahalaşaraq 1,0498 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0062 manat və ya 0,54 faiz ucuzlaşaraq 1,1423 manat olub.

Ana səhifəXəbərlərDollar 0,03 faiz bahalaşdı