Dollar 0,03 faiz bahalaşdı, avro 0,67 faiz ucuzlaşdı

Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,59 faiz artaraq 0,0169 manat səviyyəsində qərarlaşıb

Source:


Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,59 faiz artaraq 0,0169 manat səviyyəsində qərarlaşıb

Bu gün oktyabrın 23-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 26-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 23-ü ilə müqayisədə 0,0003 manat və ya 0,03 faiz artaraq 1,0490 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0078 manat və ya 0,67 faiz azalaraq 1,1577 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,59 faiz artaraq 0,0169 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərDollar 0,03 faiz bahalaşdı, avro 0,67 faiz ucuzlaşdı