Dollar 0,02 faiz ucuzlaşdı, avro 0,39 faiz bahalaşdı

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,25 faiz ucuzlaşaraq 0,0158 manat olub

Source:


Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,25 faiz ucuzlaşaraq 0,0158 manat olub

 Bu gün oktyabrın 2-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 5-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 2-si ilə müqayisədə 0,0002 manat və ya 0,02 faiz azalaraq 1,0481 manata enib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0046 manat və ya 0,39 faiz artaraq 1,1766 manata yüksəlib.

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,25 faiz ucuzlaşaraq 0,0158 manat olub.

Ana səhifəXəbərlərDollar 0,02 faiz ucuzlaşdı, avro 0,39 faiz bahalaşdı