Dollar 0,02 faiz bahalaşıb, avro 0,46 faiz ucuzlaşıb

Source:

Bu gün iyunun 30-u ilə müqayisədə 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb.



APA

-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyulun 1-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02 faiz bahalaşaraq 1,0485 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0054 manat və ya 0,46 faiz ucuzlaşaraq 1,1679 manat olub.

Ana səhifəXəbərlərDollar 0,02 faiz bahalaşıb, avro 0,46 faiz ucuzlaşıb