Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,82 faiz artaraq 0,0168 manat olub
Bu gün oktyabrın 7-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.
“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 8-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 7-si ilə müqayisədə 0,0002 manat və ya 0,02 faiz artaraq 1,0480 manata yüksəlib.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0021 manat və ya 0,18 faiz azalaraq 1,1796 manata enib.
Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,82 faiz artaraq 0,0168 manat olub.