Dollar 0,02 faiz bahalaşdı, avro 0,27 faiz ucuzlaşdı

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,29 faiz artaraq 0,0157 manata yüksəlib

Source:


Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,29 faiz artaraq 0,0157 manata yüksəlib

Bu gün sentyabrın 15-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 16-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 15-i ilə müqayisədə 0,0002 manat və ya 0,02 faiz artaraq 1,0478 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0032 manat və ya 0,27 faiz azalaraq 1,1830 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,29 faiz artaraq 0,0157 manata yüksəlib.

Ana səhifəXəbərlərDollar 0,02 faiz bahalaşdı, avro 0,27 faiz ucuzlaşdı