Dollar 0,02 faiz bahalaşdı, avro 0,23 faiz ucuzlaşdı

Source:

Bu gün iyulun 30-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyulun 31-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02 faiz artaraq 1,0495 manata yüksəlib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0026 manat və ya 0,23 faiz azalaraq 1,1488 manat olub.

Ana səhifəXəbərlərDollar 0,02 faiz bahalaşdı, avro 0,23 faiz ucuzlaşdı