Dollar 0,02 bahalaşıb, avro 0,36 faiz ucuzlaşıb

Manata nəzərən Rusiya rublu isə 0,0004 manat və ya 1,53 faiz artaraq 0,0162 manat olub

Source:


Manata nəzərən Rusiya rublu isə 0,0004 manat və ya 1,53 faiz artaraq 0,0162 manat olub

Bu gün oktyabrın 5-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 6-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 5-i ilə müqayisədə 0,0002 manat və ya 0,02 faiz artaraq 1,0483 manata yüksəlib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0042 manat və ya 0,36 faiz azalaraq 1,1724 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0004 manat və ya 1,53 faiz artaraq 0,0162 manat olub.

Ana səhifəXəbərlərDollar 0,02 bahalaşıb, avro 0,36 faiz ucuzlaşıb